XƏBƏR LENTİ

02 Mart 2021
01 Mart 2021

Digər Xəbərlər

18 Yanvar 2021 - 15:27

“Rusiyanın Dağlıq Qarabağın müstəqilliyini tanımaq fikri yoxdur” –Lavrov

“Anladığım qədər Dağlıq Qarabağın müstəqilliyini heç kim tanımayıb, o cümlədən Ermənistan özü tanımayıb. Bizim də tanımaq fikrimiz yoxdur”.

Bunu bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

“Dağlıq Qarabağın Rusiyanın tərkibinə daxil olması ilə bağlı ekzotik suala gəldikdə isə, deyim ki, Dağlıq Qarabağın müstəqilliyi heç kim tərəfindən tanınmır, o cümlədən Ermənistan tərəfindən tanınmır”, – deyə Rusiya XİN başçısı vurğulayıb.

Onun sözlərinə görə, Dağlıq Qarabağın Rusiyanın tərkibinə daxil olması ilə bağlı hər hansı bir fikir olmayıb.

“Hesab edirik ki, bu regionun bütün məsələləri burada yerləşən ölkələr tərəfindən, ilk növbədə Azərbaycan və Ermənistan arasında həll olunmalıdır. Biz bu cür həll yolunu tapmağa yardım etməyə davam edəcəyik. Hansı ki, bu həll regionda sülhü və təhlükəsizliyi, ən əsas da burada hər zaman yaşayan insanların təhlükəsizliyini təmin edəcək”, – deyə S. Lavrov qeyd edib. (apa)