XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

03 Aprel 2016 - 12:12

Fransalı senatordan BMT TŞ-yə çağırış:"Azərbaycana qarşı erməni təcavüzünü pisləyin!"

Fransalı senator Natali Qule Azərbaycana qarşı erməni təcavüzünü pisləyərək BMT Təhlükəsizlik Şurasının (TŞ) təcili iclasının keçirilməsinə çağırıb.

Natali Qule Trend-ə bildirib: "Mən erməni təxribatlarını qətiyyətlə pisləyirəm və münaqişəyə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin kifayət qədər diqqət yetirmədiyinə görə çox təəssüflənirəm".

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi barəsində istifadə edilən "dondurulmuş münaqişə" termini, status-kvonun saxlanılmasının səbəbidir.

Senator birdirib ki, əslində dondurulmuş münaqişənin dondurulmuş həlli olur: "Azərbaycan xalqına sözsüz güclü dəstək kimi, mən BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirləməsini çağırıram və Azərbaycana qarşı erməni təcavüzü pisləmənlidir".

N.Qule əlavə edib: "Neçə illərdi sürən işğaldan sonra münaqişənin həll olunması vaxtı çatıb, çünki dünyaya Cənubi Qafqazda yeni hərbi əməliyyatlar səhnəsi lazım deyil. Biz bütün əlaqədar tərəfləri ədalətli həlli tapmağa cəlb edə bilərik və Dağlıq Qarabağın erməni işğalından qurtarmağa kömək edə bilərik".