XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Yanvar 2021 - 10:51

Almaniyada sığınacaq istəyən Azərbaycan vətəndaşları… –Sayları məlum olub

2020-ci ildə Almaniyaya gələrək, bu ölkədən sığınacaq istəyən Azərbaycan Respublikası vətəndaşlarının sayı məlum olub.

Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) bildirib ki, keçən il federal idarəyə 748 Azərbaycan Respublikası vətəndaşı tərəfindən qaçqın statusu üçün müraciət daxil olub. Olardan 435-nin müraciəti ilk dəfə, 313-nün müraciəti isə təkrar olaraq qeydə alınıb.

BAMF-dan bildirilib ki, 2020-ci ildə federal idarə ümumilikdə 145 071 müxtəlif ölkə vətəndaşlarının qaçqın statusu üçün ərizəsini qeydə alıb. Bu, 2019-cu ilin statistikası ilə müqayisədə 15 % azalma deməkdir/Report.