XƏBƏR LENTİ

25 Fevral 2021
24 Fevral 2021

Digər Xəbərlər

21 Yanvar 2021 - 19:31

Fuad Oktay Əli Əsədovu Türkiyəyə səfərə dəvət edib –Tərəflər telefonda müzakirə aparıblar

Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyə Respublikasının Vitse-prezidenti Fuad Oktay arasında telefon danışığı olub. 

Məlumata görə, telefon danışığı zamanı ikitərəfli əlaqələrin gələcək inkişafı istiqamətində atılacaq addımlar müzakirə olunub.

Fuad Oktay Azərbaycan hökumətinin nümayəndələrini fevral ayında Türkiyəyə səfərə dəvət edib.

Qeyd edilib ki, görüşdə iki ölkə arasında əlaqələrin inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq.

Görüşün sonunda Baş nazir Əli Əsədov Fuad Oktayı doğum günü münasibətilə təbrik edib/APA.