XƏBƏR LENTİ

28 Fevral 2021
27 Fevral 2021

Digər Xəbərlər

25 Yanvar 2021 - 16:43

“Lavrov-Zərif görüşündə Dağlıq Qarabağda vəziyyət əsas müzakirə mövzularından biri olacaq” –Rusiya XİN

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşəcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) yanvarın 26-da keçiriləcək görüş öncəsi yaydığı məlumatda bildirilib.

Məlumatda Rusiya-İran XİN başçılarının müzakirə edəcəkləri mövzular açıqlabıb. Bildirilib ki, Lavrov-Zərif görüşündə Dağlıq Qarabağda vəziyyət, İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planı ətrafında vəziyyət, Suriya nizamlanması, Əfqanıstan, Fars körfəzi zonasında vəziyyət əsas müzakirə mövzusu olacaq.

Bundan başqa, Rusiya-İran arasındakı ikitərəfli münasibətlərin gələcək inkişafı istiqamətində konkret addımların atılması barəsində fikir mübadiləsi aparılacaq.

“Qarşılıqlı faydalı əməkdaşlığın tədricən inkişafı, Rusiya və İranın əhəmiyyətli potensiallarının birləşdirilməsi təkcə hər iki dövlətin mövqeyinə müsbət təsir göstərmir, eyni zamanda, Cənubi Qafqaz regionunda, Yaxın və Orta Şərqdə vəziyyəti yaxşılaşdırır və orada sülh və sabitliyi təmin edir”, – deyə Rusiya XİN-in məlumatında vurğulanıb. (apa)