XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Yanvar 2021 - 13:12

Türkiyə XİN başçısı:“Cənubi Qafqazda sülh və sabitlik hər kəsin faydasınadır”

“Cənubi Qafqazda sülh və sabitlik hər kəsin faydasınadır”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Cavad Zəriflə birgə keçirdiyi mətbuat konfransında deyib.  

O bildirib ki, Cənubi Qafqazda atəşkəs əldə edilib.

“Hamımız bu atəşkəsin davamlı olmasını istəyirik. Sadəcə istəmək kifayət etmir, töhfə vermək lazımdır. Azərbaycan Prezidenti İlham Əliyevin təklifi və Rusiya və Türkiyə prezidentlərinin dəstəyi ilə “3+3” formatında Cənubi Qafqazla bağlı əməkdaşlıq planlaşdırılır. Cavad Zərif Türkiyədən əvvəl Azərbaycan, Rusiya, Ermənistan və Gürcüstana səfər edərək bu məsələ ilə bağlı fikir mübadiləsi aparıb”, – deyə XİN başçısı vurğulayıb. (apa)