XƏBƏR LENTİ

02 Mart 2021
01 Mart 2021

Digər Xəbərlər

29 Yanvar 2021 - 16:39

İRAN XARİCİ İŞLƏR NAZİRİ SABAH NAXÇIVANA SƏFƏR EDƏCƏK –İran da “Naxçıvan dəhlizinə” qoşula bilər

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bir neçə gün əvvəl başlatdığı regional səfərini təkrar Azərbaycana qayıtmaqla tamamlayacaq.

Ovqat.com-un İranın Azərbaycandakı Səfirliyindən əldə etdiyi eksklüziv məlumata görə, cənab Zərif sabah Naxçıvana səfər edəcək.

Məlumatda qeyd olunur ki, naziri İranın Azərbaycandakı səfiri Abbas Musəvi də müşayiət edəcək. Səfirin bu gün Naxçıvana gedəcəyi gözlənilir. 

İran rəsmilərinin Naxçıvanda Türkiyədən çəkilən dəmiryolu xəttindəki vəziyyət maraqlandırır. Qonşu ölkə diplomatlarının Azərbaycan rəsmiləri ilə Naxçıvan dəhlizinə qoşulmaq perspektivlərinin müzakirəsi gözlənilir.