Bosniya və Herseqovinanın Müştərək Cəmiyyətlər və Dəyərlər Fondunun rəsmi Tvitter səhifəsində Azərbaycana dəstək ifadə olunub.
Azərbaycanın dövlət bayrağının əks olduğu fotonun üzərində “Biz sizinləyik” yazısı və Azərbaycanda sülhə dəstək həştəqi (#peace #support #Azerbaijan) paylaşılıb. Bu barədə Azərtac-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Qeyd edək ki, Müştərək Cəmiyyətlər və Dəyərlər Fondu 2014-cü ildə Sarayevoda Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Lagumciya tərəfindən təsis olunmuş qeyri-hökumət təşkilatıdır.
Bosniya və Herseqovinan sabiq baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Zlatko Lagumciya martın 10-11-də IV Qlobal Bakı Forumunda iştirak edib.