XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

04 Aprel 2016 - 16:30

Sergey Lavrov:"Ümid edirik ki, müraciətlərimiz eşidilir"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov moldovalı həmkarı Andrey Qalbur ilə Moskvada keçirilən birgə mətbuat konfransında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində baş verən son hadisələrlə bağlı suala cavabında deyib:

“Bizim mövqeyimiz Prezident, Xarici İşlər və Müdafiə nazirlikləri tərəfindən artıq ifadə olunub. Müdafiə naziri Sergey Şoyqu və mən həmkarlarımızla əlaqə saxlamışıq. Biz ciddi narahatlığımızı bildirmişik və Rusiya prezidentinin atəşkəsin pozulmasına dərhal son qoyulması, münaqişənin sülh yolu ilə həllinə dair səylərin bərpa olunmasına maneə yaradılmaması ilə bağlı müraciətini dəstəkləyirik. Ümid edirik ki, bu müraciətlərimiz eşidilir”.

Rusiyalı nazir Moskvanın Bakı və Yerevan ilə əlaqə saxladığını diqqətə çatdırıb.