Azərbaycan və Ermənistanın Minaların Qadağan Olunması haqqında Ottava Konvensiyasına qoşulması ürəkaçan olardı.
Bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qross “Twitter”də bildirib.
“Müharibə bitib və minalardan təmizləmə ilə bağlı böyük bir iş başlayıb. Azərbaycan və Ermənistanın Minaların Qadağan Olunması haqqında Ottava Konvensiyasına qoşulması ürəkaçan olardı. Artıq 164 ölkə bu müqavilənin iştirakçısıdır”, – deyə fransalı diplomat qeyd edib.