XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

04 Aprel 2016 - 19:00

Franko Frattini və Zlatko Laqumciyadan Azərbaycana önəmli dəstək –Qarabağla bağlı...

italiya

İtaliyanın sabiq xarici işlər naziri Franko Frattinidən və Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumciyadan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Qarabağdakı savaşla bağlı birgə dəstək məktubu göndərilib.

Strateq.az həmin məktubları təqdim edir:

"Hörmətli cənab Prezident,

Biz Dağlıq Qarabağda uşaqlar da olmaqla, insan tələfatı ilə nəticələnən, gözlənilməz gərginliyə gətirib çıxaran qarşıdurma xəbərini dərin kədər hissi ilə qarşıladıq.

Yaranmış bu vəziyyətlə əlaqədar Nizami Gəncəvi Beynəlxalq Mərkəzi adından başsağlığımızı və dərin narahatlığımızı bildiririk. Biz inanırıq ki, Siz atəşkəsə nail olmaq məqsədilə bütün diplomatik vasitələrdən və bu vəziyyətdən münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində uzunmüddətli həllində son mərhələyə gətirib çıxara biləcək danışıqlara nail olmaq üçün istifadə edəcəksiniz.

Əgər lazım gələrsə, münaqişənin davamlı və sülh yolu ilə həlli üçün, xüsusilə də bu vəziyyətdə dialoqun bütün mərhələlərinə ehtiyac duyulduğu anda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri özlərinin birgə təcrübə formalarını təqdim etməyə hazırdır. Biz Sizi bu səylərinizdə dəstəkləməyə hazırıq.

Cənab Prezident, xahiş edirik kədərimizlə yanaşı, Sizə olan hörmətimizi və ehtiramımızı qəbul edəsiniz".