XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 February 2021 - 14:05

“Pakistan şirkətləri işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərində iştirak etmək istərdi” –Səfir

“Pakistanın bir çox şirkətləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yenidənqurma işlərində iştirak etmək istərdi”.

Bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee deyib. 

O bildirib ki, Azərbaycanın XİN başçısı İslamabadda səfərdə olarkən Pakistan şirkətlərini ölkəyə dəvət edib.

“Bununla bağlı Azərbaycan hökuməti ilə də danışıqlar aparacağıq. Ümid edirik ki, Pakistan şirkətləri qarşıdakı aylarda və illərdə bu prosesdə iştirak etmək üçün Azərbaycana gələcək”, – deyə səfir vurğulayıb.