XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Fevral 2021 - 22:43

Britaniya naziri:“İstanbul Konvensiyasını imzalamağa təşviq edirik”

“Birləşmiş Krallıq ilə Azərbaycan xalqları, mədəniyyətləri və təhsili arasında güclü əlaqələr mövcuddur”.

Bunu Azərbaycana səfər edən Britaniyanın Dövlət naziri Vendi Mortonun mətbuata açıqlamasında deyib.

O qeyd edib ki, Azərbaycanın zəngin mədəni irsini burada Uels Şahzadəsinin Ənənəvi İncəsənət Məktəbində şəxsən görməkdən məmnundur: “Mən qadınları və qızları məişət zorakılığından qorumaq üçün əhəmiyyətli işlər görən qadın sığınacağına da səfər etdim.

Bundan əlavə, gender bərabərliyini təşviq etmək üçün mühüm işlər görən ilhamverici Azərbaycanlı qadın liderləri ilə də görüşmək imkanım oldu.

Azərbaycana səfər edən Birləşmiş Krallığın Avropa Qonşuluğu üzrə dövlət naziri olaraq bu sahədə Azərbaycan Hökuməti ilə sıx əməkdaşlıq edəcəyəm.

Güclü və uzunmüddətli sülhün qurulmasında qadınlar mühüm rol oynaya bilər. Qadınlar danışıqlar masasında olduğu hallarda, sülh razılaşmasının həyata keçirilmə və davamlı olması ehtimalı daha yüksəkdir.

Silahlı qarşıdurma hər zaman qadınlar və qızlar üzərində mütənasib təsir göstərir və bu səbəbdən də Azərbaycan Hökumətinin Qadınlar, Sülh və Təhlükəsizlik üzrə Milli Fəaliyyət Planını qəbul etməsi xüsusi əhəmiyyət daşıyır.

Birləşmiş Krallıq qadın və qızların hüquqlarını və gender bərabərliyini təşviq edən qabaqcıl ölkələrdən biridir və biz xüsusilə Azərbaycanı qadınları məişət zorakılığından qoruyacaq İstanbul Konvensiyasını imzalamağa təşviq edirik”. (apa)