Fevralın 14-də Vətəndaş Həmrəyliyi Partiyasının növbəti Qurultayı keçiriləcək.
Ölkədəki pandemiya şərtlərinə uyğun olaraq VHP-nin VIII Qurultayı Onlayn qaydada təşkil ediləcək.
Strateq.az-ın məlumatına görə, qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsindən bildirilib ki, Qurultaya VHP-nin 76 bölgə təşkilatı və Naxçıvan Muxtar Respublikası təşkilatından 400 nümayəndə seçilib.
VHP VIII qurultayında VHP-nin qurultaylararası dövrdə fəaliyyəti, ölkədəki ictimai siyasi durumun müzakirə ediləcək və nizamnaməyə uyğun olaraq təşkilati məsələlərə baxılacaq.
Qeyd edək ki, VHP-nin sədri millət vəkili Sabir Rüstəmxanlıdır.