XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Fevral 2021 - 18:15

“Tələsmədən, vaxtı gələndə…” –Rusiya XİN-dən Qarabağın statusu haqda açıqlama

Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko TASS-a müsahibəsində Qarabağ ətrafında vəziyyətə və bütövlükdə regionda vəziyyətə toxunub.

O, ATƏT-in Minsk Qrupunun nizamlanmada iştirakı perspektivləri barədə suala cavab verərkən deyib ki, Minsk Qrupu həmsədrlərinin fəaliyyəti davam etdirilməlidir.

“Onlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının baza prinsiplərinin işlənməsinə mühüm töhfə veriblər, onların bir çoxu 9 noyabr 2020-ci il tarixli bəyanatında öz əksini tapıb. Bu, Dağlıq Qarabağ ətrafında yerləşən rayonların Azərbaycana qaytarılmasına, qaçqınların geri qaytarılmasına, Dağlıq Qarabağı Ermənistanla birləşdirən dəhlizin saxlanmasına, təhlükəsizliyin təminatına, sülhyaratma əməliyyatına, regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına aiddir”, – o, qeyd edib.

“Eyni zamanda, hələlik hərtərəfli siyasi nizamlanma əldə edilməyib. Minsk Qrupu “gələcək addımlara, o cümlədən status məsələsinə qarşılıqlı məqbul yanaşmaların işlənib hazırlanmasında faydalı ola bilər. Amma ehtiyatlı tərpənərək, tələsmədən, vaxtı gələndə.

Hazırda ATƏT-in Minsk Qrupu ermənilərlə azərbaycanlılar arasında inam tədbirlərinin möhkəmləndirilməsinə, vətəndaş cəmiyyəti çərçivəsində dialoqun inkişafına kömək edə bilər ki, bu da vəziyyətin ümumilikdə sağlamlaşdırılmasına, gələcək addımlar üçün zəmin yaradılmasına xidmət edə bilər”, – diplomat deyib.

Türkiyənin Azərbaycanda aviabaza yaratmaq niyyətinə Moskvanın reaksiyası barədə sualın cavabında Rudenko deyib ki, Moskva və Ankaranın regionda hərbi xətt üzrə qarşılıqlı fəaliyyəti yanvarın 30-dan Ağdam rayonunda işə başlayan Dağlıq Qarabağ münaqişə zonasında atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə birgə mərkəzi çərçivəsində həyata keçirilir.

“Belə bir mərkəzin açılışını regionda vəziyyətin normallaşdırılmasına yönələn birgə səylərə yaxşı nümunə hesab edirik”, – Rudenko deyib/sfera.az