XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Fevral 2021 - 12:50

62 partiyadan 5-i maliyyə hesabatını MSK-ya təqdim edib

Siyasi partiyalar 2020-ci il üzrə maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməyə başlayıb.

Məlumata görə, dövlət qeydiyyatından keçmiş 62 partiyadan 5-i artıq ötən illə bağlı maliyyə hesabatını MSK-ya təqdim edib.

Bunlar Yeni Azərbaycan Partiyası, “Azərbaycan Mübarizləri” Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Naminə Alyans Partiyası və Azərbaycan Liberal Partiyasıdır.

Xatırladaq ki, MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir/APA.