XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

05 Aprel 2016 - 11:06

Xələf Xələfov:“Dünya ictimaiyyətini Ermənistana təsir göstərməyə çağırırıq”

xelef-xelefov

"Azərbaycan dünya ictimaiyyətini münaqişənin sülh yolu ilə həllinə səy göstərmək üçün Ermənistana təsir göstərməyə çağırır”.

Bunu xarici işlər nazirinin müavini Xələf Xələfov Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupunun Bakıda keçirilən 44-cü iclasında deyib. O, təmas xəttində baş verən son hadisələrdən narahat olduğunu qeyd edib: “Ermənistan Azərbaycan ərazisini tərk etməli və münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır".

Nazir müavini cəbhədə baş verənlərin məsuliyyətinin Ermənistanın üzərinə düşdüyünü vurğulayıb.

APA