XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Fevral 2021 - 09:11

“Postsovet məkanındakı təsirimiz, nə qədər olsa da, artır” –Putin Rusiyanın postsovet məkanındakı təsirindən danışdı

“Rusiyanın postsovet məkanında artan təsiri narahatlıq doğurur, ölkənin əleyhdarları dünyada gərginliyin azaldılması barədə danışıqlar çərçivəsində Rusiyanı iddialı və hakimiyyətə həsrət qalan insanlardan istifadə edərək MDB məkanından çıxarmağa çalışacaqlar”.

Bunu Rusiya prezidenti Vladimir Putin ölkə mediasının redaktorları ilə görüşdə deyib.

Onun sözlərinə görə, Rusiyanın əleyhdarları və ya potensial düşmənləri çoxdan iddialı və hakimiyyətə həsrət olan insanları öz xeyirlərinə istifadə edir:

“Postsovet məkanındakı təsirimiz, nə qədər olsa da, artır. Bütün çətinliklərə baxmayaraq. Axı, ittifaqı (Sovet İttifaqı – Red) dağıdanda, sonrakı bütün nəticələri ilə müstəqil dövlətlərin qurulmasını anlamalı idilər. Ancaq buna baxmayaraq son illərdə burada təsir gücümüz artmaqdadır. Həm də bu, narahatlığa səbəb olur”.

Report