XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Fevral 2021 - 21:24

VHP-də Qurultay:Sabir Rüstəmxanlı yenidən partiya sədri seçildi

Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) növbəti Qurultayı keçirilib.

Partiyadan Strateq.az-a verilən məlumata görə, pandemiya şərtlərinə uyğun olaraq keçirilən qurultayda VHP-nin 76 bölgə və Naxçıvan Muxtar Respublikası təşkilatından 400 nümayəndə iştirak edib.

VHP VIII qurultayında partiyanın qurultaylararası dövrdə fəaliyyəti, ölkədəki ictimai siyasi durumun müzakirə edilib və nizamnaməyə uyğun olaraq təşkilati məsələlərə baxılıb.

Daha sonra seçkilər keçirilib. Sabir Rüstəmxanlı yenidən partiyanın sədri seçilib.

Qeyd edək ki, buna qədər də partiyanın sədri millət vəkili Sabir Rüstəmxanlı olub.