XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Fevral 2021 - 11:56

ABŞ-ın Azərbaycandakı səfirliyi:Cənub Qaz Dəhlizi mühüm texnoloji və diplomatik nailiyyətdir

“Keçən həftə Prezident İlham Əliyev, energetika naziri Pərviz Şahbazov, Avropa Birliyi və digər 15 ölkənin nümayəndələri ilə birlikdə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VII iclasında iştirak etməkdən çox məmnunuq”.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, ABŞ-ı bu tədbirdə dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin səlahiyyətlərini icra edən Kurt Donnelly və səfir Litzenberger təmsil edib. “Cənub Qaz Dəhlizi mühüm bir texnoloji və diplomatik nailiyyətdir. Bu layihəni vaxtında və 7 milyard dollardan az büdcə ilə başa vurmasına görə dövlət strukturları ilə özəl şirkətlər arasındakı səmərəli əməkdaşlıqdan qürur duyuruq. Hal-hazırda biz Cənub Qaz Dəhlizi layihəsinin mövcud və yeni bazarlara çatdırılacaq yeni qaz mənbələri ilə genişləndirilməyini gözləyirik. Təbrik edirik!”, – deyə səfirliyin məlumatında bildirilir.