"Ölkəmizdə mövcud sosial-iqtisadi problemlər, onların meydana gəlməsinin səbəbləri və aradan qaldırılması yolları barədə şəxsi mövqeyimlə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) ümumi mövqeyi arasında son zamanlar meydana çıxan fikir ayrılığını nəzərə alaraq BAXCP Ali Məclisinin sədri və BAXCP üzvlüyündən istefa verdiyimi bəyan edirəm!".
Strateq.az Mia.az-a istinadən xəbər verir ki, bu sözlər BAXCP Ali Məclisinin sədri Teyyub Qənioğlunun xüsusi bəyanatında yer alıb.
O, bəyanatında BAXCP-yə gələcək fəaliyyətində müvəffəqiyyətlər də arzulayıb:
"Eyni zamanda, Azərbaycanın bütövlüyü, dövlətimizin və xalqımızın mənafeyi uğrynda mübarizədə mövqeyindən asılı olmayaraq, ökəmizdə fəaliyyət göstərən siyasi partiyalarla, o cümlədən BAXCP ilə əməkdaşlıq etməyə hazır olduğumu bildirirəm".