XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Fevral 2021 - 16:54

Fərid Şəfiyev:"İranın yaxın dövrdə AİB-ə üzv olması real görünmür"

“Son günlər kütləvi informasiya vasitələrində İranın yaxın iki həftə ərzində Avrasiya İqtisadi Birliyinə (AİB) üzv olacağı barədə məlumatlar yayılıb. Lakin Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) tərəfindən aparılan və ilkin mənbələrə əsaslanan təhlil göstərir ki, söhbət İranla AİB arasında müvəqqəti sazişin yeni (daimi) ticarət sazişi ilə əvəzlənməsindən gedir”.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.

“Məlumdur ki, bu cür sazişlər, Vyetnam, Serbiya, Sinqapur kimi ölkələrlə AİB arasında artıq imzalanıb. Odur ki İranın yaxın dövrdə AİB-ə üzv olacağı real görünmür”, – o, bildirib.

Qeyd edək ki, Avrasiya İqtisadi Birliyi 2014-cü ildə Belarus, Qazaxıstan və Rusiya tərəfindən imzalanmış müqavilə ilə qurulan siyasi və iqtisadi təşkilatdır. Ermənistan həmin ilin oktyabrın 9-da Avrasiya İqtisadi Birliyinə daxil olmaq barədə müqavilə imzalayıb. Birliyin fəaliyyəti rəsmi olaraq 2015-ci ilin yanvarın 1-də başlayıb. Qırğızıstan isə Birliyə 2015-ci ilin avqustunda qoşulub/Report.