XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 February 2021 - 14:12

Azərbaycan və Rusiya XİN başçıları telefonda danışdı –Qarabağla bağlı müzakirə

Azərbaycan Xarici İşlər Nazirliyi xarici işlər naziri Ceyhun Bayramov və rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı ilə bağlı məlumat yayıb.

Nazirlikdən Strateq.az-a bildirilib ki, fevralın 17-də C.Bayramov və S.Lavrov arasında telefon danışığı baş tutub.

Tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Söhbət zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.