XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 February 2021 - 11:29

“Ermənistanın müsbət addımlarına eyni yanaşma ilə qarşılıq verəcəyimizə şübhə olmamalıdır” –Şentop

“Ermənistanın bu dəfə doğru addım ataraq sülh tərəfdarı olacağını gözləyirik. Xoş niyyətlə və səmimi davrandığı təqdirdə Ermənistanın atacağı müsbət addımlara eyni yanaşma ilə qarşılıq verəcəyimizə heç kim şübhə etməməlidir”.

Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Azərbaycanın Baş naziri Əli Əsədovla görüşü zamanı deyib.

O bildirib ki, 30 illik işğalın nəticələrinin aradan qaldırılmasında Türkiyə Azərbaycanla bir və bərabər olacaq.

Şentopun sözlərinə görə, iki ölkənin parlamentləri arasında əlaqələr mükəmməl səviyyədədir.

Türkiyə parlamentinin sədri ötən il 18-20 oktyabr tarixlərində nümayəndə heyəti ilə Azərbaycanı ziyarət etdiyini də xatırladıb. (apa)