Gürcüstanda yaranan vəziyyətə 2003-cü il hadisələrini, Mixeil Saakaşvilinin qayıdışını və hakimiyyət dəyişikliyinin baş verəcəyini xatırladır”.
“Sputnik Armenia” xəbər verir ki, bunu “Qruzinform”un baş redaktoru, politoloq, publisist Arno Xidirbeqişvili bildirib.
Onun sözlərinə görə, müxalifətin 2020-ci il oktyabrın 31-də keçirilən parlament seçkilərinin nəticələrini tanımaması, Giorgi Qaxariyanın baş nazir postundan istefa verməsi ciddi silkələnməyə səbəb ola bilər: “İndiki şərait Gürcüstanda 2003-cü ildə baş verənlərlə iki damcı kimi bir-birinə çox oxşayır. Onda baş nazir Jvaniya istefa verdi. İldırım sürətli “qızılgül inqilabı” yeni hakimiyyət gətirdi. Bu gündə oxşar hadisələr baş verir: seçkilər, nəticələrə etirazlar, baş nazirin istefası. Təbii olaraq bu hakimiyyət dəyişikliyinə səbəb olmalıdır. İnqilab ssenarisi artıq fəaliyyətdədir. Onun 50 faizi praktik olaraq reallaşdırılıb”.
Qeyd edək ki, fevralın 23-də səhər saatlarında müxalidə olan Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliya tutulub/Report.