XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Fevral 2021 - 00:09

Korotçenko:“Xocalı faciəsi heç vaxt köhnəlməyən cinayətdir”

“Xocalıdakı faciə dinc Azərbaycan əhalisinin soyqırımıdır, bu, heç vaxt köhnəlməyən cinayətdir”.

Bunu“Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

“Cinayətkarlar müəyyənləşdirilməlidir. Qismən onlar məlumdurlar və barələrində cinayət işi açılıb. Azərbaycan dövlət səviyyəsində, beynəlxalq ictimaiyyət səviyyəsində Xocalı qətliamının təşəbbüskarlarının və icraçılarının həbs olunmasına və beynəlxalq tribunala çıxarılmasına çalışmalıdır. Bu, ədalət və Xocalı faciəsi qurbanlarının xatirəsi baxımından mütləq lazımlıdır”, – İ.Korotçenko bildirib/Report.