XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 February 2021 - 21:34

Aİ-nin Cənubi Qafqazdakı nümayəndəsinin səlahiyyət müddəti uzadıldı

Avropa İttifaqı (Aİ) Şurası təşkilatın Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın səlahiyyət müddətini daha 12 ay, yəni 2022-ci il 28 fevral tarixinədək uzatdı.

Bu vəzifəyə o, 2017-ci ilin noyabr ayında təyin olunub.

Qeyd edək ki, Estoniyalı diplomatın yaxın günlərdə Azərbaycana səfər edərək bir sıra rəsmi şəxslərlə görüşəcəyi xəbəri verilmişdi. (report)