XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Mart 2021 - 18:15

Qarabağ bütövlükdə geri qayıtmalıdır –İran

Bütün Qarabağ bölgəsi Azərbaycana qayıtmalıdır.

Bunu İran Dini təhsil ocaqlarının sədri Ayətullah Əlirza Ərafi bu gün Qum şəhərində Qarabağla bağlı keçirilən beynəlxalq konfransda çıxışında deyib.

İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xameneinin Qarabağın azadlığı ilə bağlı fikirlərini açıqlayan Ayətullah Ərafi Qarabağın Qum Elmiyyə hövzəsi üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.

O, çıxışının bir hissəsində bildirib ki, bütün Qarabağ bölgəsi Azərbaycana qayıtmalıdır:

“Biz islam torpaqlarının ələ keçirilməsi və işğalını səhv addım hesab edir, onun qarşısında göstərilən müqaviməti müqəddəs sayırıq. Azərbaycan Respublikasının torpağı, onun bölgələri Qum Elmiyyə hövzəsi üçün elmi, ürfani və dini baxımdan dəyər hesab edilir”.

Beynəlxalq sərhədlərin toxunulmazlığının mühüm olduğunu deyən Ayətullah Ərafi sözünü belə davam edib:

“Bütün bölgələrin sakinlərinin hüquqlarına hörmətlə yanaşılmalı və riayət edilməlidir. Burada müsəlmanla qeyri-müsəlman arasında fərq yoxdur. Müsəlman ölkələrində bütün sakinlərin hüquqlarına hörmətlə yanaşılmalıdır”. (axar.az)