XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 April 2016 - 14:51

Azərbaycanla ABŞ arasındaikitərəfli saziş imzalandı

Aprelin 6-da Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında “Hava nəqlıyyatı haqqında” Saziş imzalanıb.

Azərtac xəbər verir ki, iki ölkə arasında aviadaşımalar bazarının liberallaşdırılması üzrə "Açıq Səma Sazişi"ni ("Open Skies Agreement”) "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin prezidenti Cahangir Əsgərov və ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta imzalayıblar.

İkitərəfli saziş Birləşmiş Ştatlar və Azərbaycan arasında hava nəqliyyatının təşkili prosesinin sadələşdirilməsinə imkan verəcək, həmçinin kommersiya reyslərinin sayının artmasına kömək edəcək.