XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Mart 2021 - 17:38

YAP-da QURULTAY:Ramiz Mehdiyev, Əli Həsənov və Siyavuş Novruzov İH-dən uzaqlaşdırıldı, yeni heyət formalaşdırıldı - SİYAHI

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı keçirilib.

YAP-dan Strateq.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev və Birinci vitse-prezident, Yeni Azərbaycan Partiyasının Sədrinin müavini Mehriban Əliyeva Qurultayın işində iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda videoformatda geniş məruzə ilə çıxış edib.

Sonra Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində gördüyü işlər, qazanılmış uğurlar və qarşıda duran vəzifələrlə bağlı qurultay nümayəndələrinin çıxışları dinlənilib.

Qurultayda yekun olaraq təşkilati məsələlər müzakirə edilib.

Qəbul edilmiş qərara əsasında Yeni Azərbaycan Partiyasının 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiqlənib.

Qurultayda həmçinin, Azərbaycan Xalq Demokratik Partiyasının, Azərbaycan Kəndli Partiyasının, Milli Qurtuluş Partiyasının, Azərbaycan Yurddaş Partiyasının, Azərbaycan Milli Hərəkat Partiyasının və Azərbaycan Demokratik Sahibkarlıq Partiyasının Yeni Azərbaycan Partiyasına birləşmək haqqında müraciətləri qəbul edilib.

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda videoformatda yekun nitqi ilə çıxış edib.

***

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı keçirilib.

Qurultayda partiyanın yeni Nizamnaməsi qəbul edilib.

Bundan əlavə, Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən iclasında partiyanın Siyasi Şurası ləğv edilib.

Bu barədə Milli Məclisin YAP-çı deputatı Elman Nəsirov məlumat verib/Report

***

Qurultayda  6 partiyanın Yeni Azərbaycan Partiyasına qoşulmasına da müsbət qərar verilib.

YAP-a qoşulan partiyalar aşağıdakılardır:

1. Azərbaycan Xalq Demokratik Partiyası (1992-ci ildə qeydiyyata alınıb, sədri Rafiq Turabxandır)
2. Azərbaycan Kəndli Partiyası (1992-ci ildə qeydiyyata alınıb)
3. Milli Qurtuluş Partiyası (1993-cü ildə qeydiyyata alınıb, sədri Vüqar Orucdur)
4. Azərbaycan Yurddaş Partiyası (1993-cü ildə qeydiyyata alınıb, sədr Gülarə Səfərova)
5. Azərbaycan Milli Hərəkat Partiyası (1994-cü ildə qeydiyyata alınıb, sədri Samir Səfərovdur)
6. Azərbaycan Demokratik Sahibkarlar Partiyası (1994-cü ildə qeydiyyata alınıb, sədri Qasım Qasımovdur)

***

Məlumata görə, YAP-ın 40 nəfərdən ibarət İdarə Heyəti və Nəzarət Təftiş Komissiyası formalaşdırılıb.

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətindən çıxarılan şəxslərin adları məlum olub. Bildirilib ki, İdarə Heyətinin keçmiş üzvləri Ramiz Mehdiyev, Prezidentin sabiq köməkçisi Əli Həsənov və Siyavuş Novruzov yeni təsdiqlənən İdarə Heyətində yer almayıblar. Əli Həsənovla Siyavuş Novruzovdan fərqli olaraq isə, Ramiz Mehdiyev yeni yaradılan Veteranlar Şurasının üzvü seçilib.

Partiyanın İdarə Heyətindən uzaqlaşdırılan tanınmış şəxslər bunlardır:

1. Hacıbala Abutalıbov – təqaüdçü
2. Vaqif Əliyev – Mədəniyyət nazirinin I müavini
3. Nurlana Əliyeva – Bakı Slavyan Universitetinin rektoru
4. Akif Əlizadə
5. Əli Həsənov – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri, professor (Prezidentin keçmiş köməkçisi)
6. Əli Həsənov – Yeni Azərbaycan Partiyasının Sədr müavini
7. Yusif Hümbətov – “Azərsutikinti” Səhmdar Cəmiyyətinin sədri
8. Nizami Xudiyev – Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri
9. Kərim Kərimov – Yeni Azərbaycan Partiyası İcra Katibliyinin əməkdaşı
10. Abel Məhərrəmov – akademik
11. Siyavuş Novruzov – Milli Məclisin Regional məsələlər komitəsinin sədri

***

Bundan başqa, Partiyada Veteranlar Şurası yaradılıb. Arif Rəhimzadə Veteranlar Şurasının sədri seçilib. Müavini isə Sədaqət Qəhrəmanova olub.

***

Qurultayda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurasının sədri seçilib.

Qeyd edək i, bundan əvvəl Qadınlar Şurasının sədri Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva idi.

***

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında partiyanın yeni İdarə Heyəti formalaşıb.

Strateq.az İdarə Heyətinin yeni üzvlərinin siyahısını təqdim edir:

 İlham Əliyev, Mehriban Əliyeva, Vasif Talıbov, Arif Rəhimzadə, Eldar İbrahimov, Mixail Zabelin, Amin İsmayılov, Əli Əhmədov, Mübariz Qurbanlı, Anar İsgəndərov, Rauf Əliyev, Eldar Əzizov, Musa Quliyev, Bahar Muradova, Ədalət Muradov, Elnur Sadıqov, Tofiq Cahangirov, Tahir Budaqov, Hikmət Məmmədov, Azər Badamov, Aynur Sofiyeva, Ramiz Hüseynov, Fuad İbrahimov, Elmar Qasımov, Rəşad Mahmudov, Cavid Osmanov, Pərvin Kərimzadə, Samir Cəfərov, Asif Əsgərli, Tahir Mirkişili, Elşad Mirbəşiroğlu, Elnarə Akimova, Vazeh Əsgərov, Ramin Məmmədov, Əfsun Sucayev, Ülviyyə Həmzəyeva, Şahin İsmayılov, Rövşən Bayramov, Bayram Aslanov və Kamal Cəfərov.

***

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında partiyanın yeni Təftiş Komissiyasının tərkibi formalaşıb.

Məlumata görə, əvvəllər 15 nəfərdən ibarət olan Komissiyanın tərkibi 13 nəfərə endirilib.

Strateq.az Report-a istinadla komisssiyanın yeni tərkibini təqdim edir:

1. Paşazadə Cavanşir Hümmət oğlu

2. Həsənov Həsən Zal oğlu

3. İbrahimqızı Məlahət İbrahim qızı

4. Musayev Musa Həzi oğlu

5. Səfərov Nizami Abdulla oğlu

6. Hüseynov Aydın Nəsir oğlu

7. Seyidov Səməd İsmayıl oğlu

8. Nəsirov Elman Xudam oğlu

9. Hüseynova Sevinc Əmirəhməd qızı

10. Qurbanov Sadiq Haqverdi oğlu

11. İsgəndərov Vüqar Yapon oğlu

12. Hüseynova Badam Şahmar qızı

13. Həmzəyev Naqif Ələşrəf oğlu

Strateq.az