XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 April 2016 - 20:32

Kiyevdə Qarabağa dəstəkaksiyası keçirilib (FOTO)

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü ilə Azərbaycanın Ukraynadakı səfirliyinin qarşısında Qarabağa dəstək aksiyası keçirilib.

Aksiyada Ukrayna, tatar, türk və digər millətlərin gəncləri ilə yanaşı, Azərbaycan diasporunun nümayəndələri də iştirak edib. Azərbaycanlı gənclər və diaspor nümayəndələri Qarabağda təxribatçı düşmənə sarsıdıcı zərbə vuran qüdrətli Azərbaycan ordusuna həmrəylik sevgilərini "Qarabağ bizimdir, bizim olacaq", "Şəhidlər ölməz, vətən bölünməz", "Rədd olsun cinayətkar Ermənistan hakimiyyəti", "Vətən, biz səninləyik" şüarlarını səsləndirməklə çatdırıblar.

Ukraynanın aparıcı televiziya kanallarının və media təmsilçilərinin diqqətlə izlədiyi aksiyada Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva çixış edərək, ermənilərin son iki əsrdə xarici havadarlarının dəstəyinə arxalanaraq Azərbaycanda həyata keçirtdikləri işğalçılıq və soyqırım siyasətindən söz açıb.

Cinayətkar Ermənistan hakimiyyətinin Qarabağda növbəti təxribat törətdiyini diqqətə çatdıran birliyin sədri işğalçı düşmən qüvvələrinə rəşadətli Azərbaycan ordusu tərəfindən sarsıdıcı zərbə endirildiyini bildirib.

Qeyd edib ki, bu gün Ukraynada yaşayan və təhsil alan on minlərlə azərbaycanlı gənc istənilən zaman Ali Baş Komandan İlham Əliyevin əmrinə müntəzir olaraq Azərbaycan torpaqlarını düşmən tapdağından azad etməyə hazırdır. İşğalçı erməni seperatçıları Azərbaycan topaqlarını təcili tərk etməsə, səbr kasaları dolmuş dünya azərbaycanlılarının tapdağı altında qala bilərlər.

Tədbirə qatılanlar torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin Azərbaycan səfirliyinin qarşısında təşkil olunmuş xatirə guşəsinin önünə tər çiçəklər qoymaqla onların ruhuna dərin hörmət və ehtiramlarını bildiriblər(Trend).