XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Mart 2021 - 20:51

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşüb –Nələr müzakirə olunub?

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin rəhbəri Mark Loukok ilə videokonfrans formatında görüşü keçirilib.

Strateq.az Xarici İşlər Nazirliyinə istinadla bildirir ki, görüşdə hər iki tərəfdən nümayəndə heyətləri iştirak ediblər.

Videokonfransda tərəflər bölgədə hazırda mövcud olan vəziyyət, o cümlədən 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Görüşdə həmçinin Azərbaycanın münaqişənin təsirinə məruz qalan bütün ərazilərində BMT və müvafiq Agentlikləri ilə humanitar fəaliyyət sahəsində əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.