XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Mart 2021 - 19:14

TBMM-nin komitə sədri:"Müharibə dövründə Azərbaycana qarşı təbliğat aparılıırdı"

“Parlament diplomatiyası çox önəmli bir əlaqədir. Mən beynəlxalq parlament təşkilatlarının üzvü olmuşam. 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın işğal etdiyi torpaqlar azad edilib. Müharibə dövründə Azərbaycana qarşı təbliğat aparılıırdı. Bu gün görüşdüyümüz bəzi şəxslər dedi ki, bayrağımızı asacaq bir daş tapa bilmirdik. Bu gerçəklərdən sonra beynəlxalq təşkilatlarda işlərin görülməsi lazımdır”.

Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Akif Çağatay Kılıç martın 10-da Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, gerçəkləri çatdırmaq üçün beynəlxalq təşkilatlardakı təmaslar çox önəmlidir: “Hər platformada həqiqətləri söyləməkdə çox qərarlıyıq. İnanıram ki, bütün dünya gerçəkliikləri gördü və yaxın günlərdə də görəcək”.