XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Mart 2021 - 20:16

Türkiyəli parlamentari:“Ermənistan məsuliyyətini başa düşsə, bölgədə sülh bərqərar olacaq”

“Ermənistan öz məsuliyyətini başa düşsə, üzərinə düşən vəzifələri yerinə yetirsə, bölgədə sülh və sabitlik daimi bərqərar olacaq. Heç kim haqqından vaz keçib, sizinlə münasibət qurmaz. Bunun üçün də beynəlxalq təşkilatlarda, o cümlədən parlament assambleyalarında Azərbaycanla birgə lazım olarsa, bunları min dəfə anlatmaqda qərarlıyıq”.

Bunu bu gün Azərbaycana səfərin yekunları ilə bağlı keçirilən mətbuat konfransında Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının üzvü, İYİ Partiyanın Bursa millət vəkili Ahmet Kamil Erozan deyib.

O qeyd edib ki, Azərbaycan illərlə torpaqlarının işğaldan azad edilməsi üçün mübarizə aparıb, səsini dünyaya çatdırmağa çalışıb: “Torpaqlarını işğaldan azad etmiş Azərbaycanın bundan sonra da haqq səsinin dünyaya çatdırılmasına çalışacağıq”.

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıç bildirib ki, artıq Azərbaycan və Türkiyə vətəndaşları qarşılıqlı olaraq şəxsiyyət vəsiqəsi ilə hərəkət edə biləcəklər.

“İqtisadi münasibətlərin də gələcəkdə daha da inkişaf edəcəyinə əminik”, – deyə Akif Çağatay Kılıç qeyd edib/APA.