XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

06 Aprel 2016 - 22:07

Ermənistan səfiri Dağlıq Qarabağa dair müzakirədə iştirakdan çəkinib

jan-fransua_manselin

Parisdə Azərbaycanın Dostları Assosiasiyası Ermənistanın Fransadakı səfirinin Azərbaycanın bu ölkədəki səfiri ilə birlikdə Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğal olunması faktının müzakirəsi üçün “France 24” televiziya kanalının dəvətini rədd etməsinə təəssüfləndiyini bildirir.

Assosiasiyasının sədri Jan-Fransua Mansel bununla bağlı bəyanat yayıb.

Bəyanatda qeyd edilir ki, bununla da Ermənistan BMT-nin qətnamələrinə riayət etmədiyini və Dağlıq Qarabağı qeyri-qanuni işğal altında saxlayaraq beynəlxalq hüquq qaydalarının, eləcə də atəşkəsin pozulmasında məsuliyyət daşıdığını etiraf edir(azərtac).