XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 April 2016 - 18:46

İcra başçısı:"Ağdamda 72 ev dağıdılıb, 5 ev tamamilə yanıb"

14600270743878010667_1000x669

Aprelin 2-dən 5-dək erməni silahlı birləşmələrinin Ağdam rayonunu atəşə tutması nəticəsində rayonda dağıdılan ev və obyektlərin siyahısı hazırlanıb.

Bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.

İcra başçısı bildirib ki, ermənilərin ağır artilleriya atəşinə tutması nəticəsində rayonda dağıdılan ev və binaların sayı 75-dir. Hadisə nəticəsində dağıdılan binaların 72-si fərdi yaşayış evidir:

– tam yandırılan evlərin sayı – 5

– tam dağıdılan evlərin sayı – 30

– atəş zərbəsindən zərər çəkən evlərin sayı – 37

İcra başçısı bildirib ki, bundan başqa, rayon ərazisində bir orta məktəb, bir kənd icra nümayəndəsi, bir məscid dağıdılıb, rayonun 11 kəndini elektrik enerjisi ilə təmin edən elektrik yarımstansiyası ziyan çəkib.