XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Aprel 2016 - 19:12

Almaniya Qarabağla bağlı7 maddəlik plan təklif edir

alman

Almaniya Xarici İşlər Nazirliyi Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində gərginliyin azalması, davamlı sülhün təmin olunmasını və münaqişənin dinc yolla həllini özündə ehtiva edən 7 maddəlik təkliflər planı təqdim edib.

Bu barədə Almaniya XİN-dəki mənbəyə istinadla “RİA Novosti” məlumat yayıb.

Məlumata görə, Almaniya XİN hesab edir ki, bölgədəki hazırkı status-kvo risklidir və uzunmüddətli deyil.

“Almaniyanın xarici işlər naziri ATƏT-in sədri olaraq bu mürəkkəb vəziyyətdə mümkün vasitələrdən istifadə edərək fəaliyyət göstərəcək”, – deyə mənbə vurğulayıb(azadlıq.info).