XƏBƏR LENTİ

28 Yanvar 2021

Digər Xəbərlər

08 Aprel 2016 - 15:01

Lebedev:“Ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müraciətimizin nəticəsi olacaq”

Sergey Lebedev

“MDB ölkələrinin Xarici işlər nazirlərinin iclasında Dağlıq Qarabağ nizamlanması müzakirə olunan əsas məsələlərdən biri olub”.

Bunu MDB-nin icraçı katibi Sergey Lebedev iclasın yekununa dair keçirdiyi mətbuat konfransında bildirib. 

O, iclasda Dağlıq Qarabağda yaranan gərgin vəziyyətlə bağlı Azərbaycan və Ermənistan XİN başçılarının çıxış etdiklərini söyləyib:

"Digər nazirlər də münaqişə ilə bağlı fikirlərini bildirdilər. Onlar Dağlıq Qarabağda vəziyyətin gərginləşməsindən narahat olduqlarını və təəssüf hissi keçirdiklərini dedilər.

MDB ölkələrinin XİN başçıları tərəfləri münaqişənin sülh yolu ilə həllinə çağırdılar. Ümid edirik ki, müraciətimizin nəticəsi olacaq”.

APA