XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

08 Aprel 2016 - 21:46

“Rusiyanın Ermənistanın geri çəkilməsinə çox güclü təsir imkanları var” –Deputat

aydin-mirzezade-deputat

"Rusiyanın Baş naziri Dmitri Medvedyevin Azərbaycana səfəri iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi üçün atılan yeni bir addımdır".

Bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

 A.Mirzəzadə bildirib ki, bu gün Rusiya Azərbaycanla münasibətlərin dərinləşməsində, yeni sahələr üzrə inkişaf etdirilməsində maraqlıdır: "Eyni zamanda Rusiya özünün cənub sərhədində mövcud olan Dağlıq Qarabağ probleminin həllində fəal iştirak etmək istəyir. Düzdür, Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Rusiyanın da bu məsələdə sadəcə vasitəçi olması ilə, onun problemin həllində "tərəflərin özünün razılığa gəlməsi" mövqeyi ilə razılaşa bilmir. Hesab edirəm ki, Rusiya bu problemin həllində daha aktiv iştirak edə bilər və RF-nin Ermənistanın qeyri-konstruktiv mövqedən geri çəkilməsinə çox güclü təsir imkanları var".

Deputat hesab edir ki, bu səfər Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə olmasının göstəricilərindən biridir: "Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın Baş naziri ilə görüşdə verdiyi mühüm mesajlar bu münasibətlərin bundan sonra da dərinləşəcəyini sübut edir"(Trend).