XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

09 Aprel 2016 - 13:38

Ermənilər Rusiyada təxribata hazırlaşır –ÜAK-ın icraçı direktoru "Dojd" telekanalından mesajlar verdi (VİDEO)

samir-memmed-v-UAK-RUSIYA

"Rusiya azərbaycanlıları üçün onların tarixi vətənində baş verən hadisələr mühüm əhəmiyyət kəsb edir".

Strateq.az Mia.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın "Dojd" telekanalına müsahibəsində Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) icraçı direktoru Samir Məmmədov deyib.

(https://tvrain.ru/teleshow/here_and_now/rusia_karabakh-407002/).

Samir Məmmədov bildirib ki, son zamanlar bəzi qüvvələrin, daha dəqiqi, ermnilərin Rusiyada sabitliyi pozmaq istədiyi də diqqəti çəkir:

"Unutmayaq ki, Rusiyada iki milyona yaxın azərbaycanlı və çoxsaylı erməni icması yaşayır. Biz hesab edirik ki, Ümumrusiya Azərbaycan Konqresinin əsas vəzifələrindən biri də hər növ təxribatların qabağını almaq və bununla münaqişəni Rusiyanın ərazisinə keçirməməkdən ibarətdir". 

Samir Məmmədov Ümumrusiya Azərbaycan Konqresi adından hər kəsi asayışə əməl etməyə çağırıb və bu məsələdə Rusiya XİN-n rəsmi mövqeyini dəstəklədiklərini də ifadə edib.

Problemin Rusiya ərazisinə necə keçə biləcəyi barədə suala gəlincə, S.Məmmədov bildirib ki, Rusiyada erməni diasporunun intenet mənbələrində Azərbaycanın Səfirliyinin önündə müxtəlif növ etiraz aksiyalarının keçirilməsi ilə bağlı məlumatlar və şüarlar yayılıb: 

"Bu cür xoşagəlməz şüarlar, çağırışlar məsələnin sülh yolu ilə həllinə maneçilik törədir və gözlənilməz nəticələrə gətirib, çıxara bilər. Ona görə, biz Azərbaycan diasporunu belə təxribatlara qapılmamağa, hər hansı bir konfliktə getməməməyə çağırırıq".

Azərbaycan ordusu tərəfindən işğaldan azad olunan ərazilər ilə bağlı məsələyə münasibət açıqlayan Samir Məmmədov "Burada bütün əsas mövqelər ondan ibarətdir ki, Azərbaycanın əraziləri Ermənistan qoşunları tərəfindən işqal olunub, ona görə bütün hərbi hərəkətlər Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi baxımından qiymətləndiriləlidir", – deyə, bildirib..

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində Rusiyanın roluna toxunan S.Məmmədov qeyd edib ki, Rusiya bu məsələnin həllində asas rol oynayır:

"Biz məsləni diqqətlə izləyirik və Rusiyanın prezidenti Vladimir Putinə məsələnin sülh yolu ilə həlli istiqamətində irəli sürdüyü təşəbbüslərə görə minnətdarıq. Rusiya hər zaman ardıcıl, birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. Bu faktor əsasdır. Azərbaycanla Rusiya strateji müttəfiq, dost ölkələrdir. Bu baxımdan da Rusiya rəhbərliyinin bu münaqişənin sülh yolu ilə həllində əsas rolu olacağı şübhəsizdir".

Müsahibənin geniş formatı ilə bu linkdən tanış ola bilərsiniz: