XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

28 May 2015 - 13:33

Kaliforniya qubernatoru məktub yazdı – Konsulluq (FOTO)

Kaliforniya-tt.jpg

ABŞ-ın Kaliforniya ştatının qubernatoru Cerri Braun Azərbaycan Demokratik Respublikasının yaranmasının 97-ci ildönümü münasibətilə Azərbaycan xalqını və Kaliforniyadakı Azərbaycan icmasını təbrik edib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Strateq.az-a daxil olan xəbərdə bildirlir ki, təbrik məktubunda Azərbaycanın zəngin tarixə malik olduğu və Kaliforniyadakı Azərbaycan icmasının, eləcə də bütün dünyada yaşayan azərbaycanlıların öz mədəniyyətləri ilə fəxr etdikləri deylir.

Qubernator qeyd edib ki, Respublika Günü Azərbaycan icması üçün böyük önəm daşıyır.

Qubernator belə bir günün qeyd olunmasının Kaliforniya mədəniyyətinə və müxtəlifliyinə töhfələr vermiş ənənələrin qorunmasına xidmət etdiyini bildirir və Kaliforniya ştatı adından Azərbaycan xalqını və Kaliforniyada yaşayan bütün azərbaycanlıları təbrik edir.

Xatırladaq ki, Demokratlar Partiyasını təmsil edən C.Braun 2011-ci ildən Kaliforniyanın qubernatoru vəzifəsini daşıyır. O, bundan öncə 1975-83-cü ildə də eyni vəzifədə çalışıb.

Strateq.az