ANS PRESS-in Türkiyə bürosunun verdiyi məlumata görə, prezident orada İslam Əməkdaşlığı Təşkilatının 13-cü zirvə toplantısında iştirak edəcək.
Toplantıya İlham Əliyevlə bərabər 10 ölkənin prezidenti qatılacaq.
Prezident İlham Əliyev martın 15-də də Türkiyədə səfərdə olub. Həmin vaxt Türkiyədə güclü partlayışlar baş verdiyi üçün Rəcəb Tayyib Ərdoğan Türkiyə – Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etmək üçün Bakıya gələ bilməmişdi. İclasın ilk olaraq fevral ayında Gəncədə keçirilməsi nəzərdə tutulmuşdu.
Lakin qatı dumanlı hava şəraiti ilə bağlı toplantının yeri dəyişdirilib və Bakı təyin edilib. Fevral ayının 17-də keçiriləcək toplantıda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılmalı idi.
İkinci dəfə səfərin vaxtı mart ayının 15-nə təyin edilib. Gözlənilən səfərdən iki gün öncə Ankarada törədilən və 37 nəfərin ölümünə səbəb olan terror aktı törədildi. İlk günlər Ərdoğanın Bakı səfərinin reallaşacağı deyilirdi. Lakin sonradan Türkiyə prezidentinin Azərbaycana səfəri ləğv edildi.
R.T.Ərdoğanın səfəri ləğv edilsə də, Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə səfər edəcəyi açıqlandı. İlham Əliyevin həmin vaxt Türkiyəyə səfər etməsi cəmiyyət tərəfindən xoş qarşılanmışdı.
Ərdoğan da prezident İlham Əliyevin səfərini yüksək qiymətləndirmişdi. "Biz əslində bu toplantını Bakıda keçirəcəkdik. Amma terrorla əlaqədar bu alınmadı. Sağ olsun, qardaşım İlham Əliyev, dedi, biz gələk, bu toplantını Ankarada edək".
Mətbuat konfransının sonunda İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan (15 Mart, 2016)
Mətbuat konfransının sonunda İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan (15 Mart, 2016)
İlham Əliyev isə Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında bildirmişdi ki, biz bu gün türk xalqının yanındayıq: “Birliyimiz əbədidir. Yaxşı günlərdə də, ağır günlərdə də daima bir-birimizin yanındayıq."