XƏBƏR LENTİ

11 Avqust 2020

Digər Xəbərlər

10 Aprel 2016 - 00:27

Sərkisyan keçmiş preizdentlə niyə görüşə ehtiyac duydu? –Ekspertdən ilginc açıqlamalar

elxan-sahinoglu-esas

"Rusiyanın baş naziri Dmitri Medvedyevin "qan tökülməkdənsə, qoy Dağlıq Qarabağda vəziyyət elə necə var elə qalsın” sözlərində, bizim üçün elə böyük təhlükə görmədim. Onsuz da Rusiyanın Azərbaycanın xeyrinə münaqişəni həll edəcəyinə inanan azdır". 

Strateq.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycan zatən Rusiyalı sühməramlılarını Qarabağda görmək istəmir:

"Ona görə də Medvedyevin təbirincə desək, qoy vəziyyət elə belə də qalsın. Separatçıların qanını tökməyə isə Rusiya istəsə belə, mane ola bilməz. Yorucu müharibənin davamı bizdən asılıdır. Qoy Medvedyevin "biz hər iki tərəfə silah satacağıq” açıqlamasından Ermənistan narahat olsun. Bəlkə də elə bu narahatlığın nəticəsidir ki, Ermənistan prezidenti Serj Sərkisyan keçmiş dövlət başçısı Levon Ter-Petrosyanla görüşə ehtiyac duyub. Bu, atəşkəsin elanından sonra ən diqqəti çəkən xəbərdir".

Elxan Şahinoğlunun sözlərinə görə, Sərkisyan 1990-cı illərin ortalarında Levon Ter-Petrosyanı ona görə devirdi ki, sonuncu "mərhələli həll” planını qəbul etməyə hazır idi:

"Məncə, Sərkisyan vaxtilə devirdiyi Levon Ter-Petrosyanla iki mövzunu müzakirə etməyə maraq göstərib. Birinci mövzu "mərhələli həll” planının Ermənistan üçün müsbət və mənfi tərəflərini bir daha öyrənmək, ikinci mövzu isə Rusiyanın Qarabağ məsələsində İrəvana təzyiqlərinin artması durumunda altenativ siyasətin formalaşdırılmasının imkanlarını ayırd etməkdir. Bu iki mövzuda Levon Ter-Petrosyan Sərkisyandan daha təcrübəlidir, çünki hər iki prosesin canlı şahididir".

Strateq.az