ABŞ səfiri Putini təkzib etdi
FİFA-da yaşanan korrupsiya qalmaqalının və bu səbəbdən bir neçə federasiya rəsmisinin həbsinin Rusiya ilə heç bir əlaqəsi yoxdur. Bunu ABŞ-ın Rusiyadakı səfirliyi prezident Putinin ittihamlarına cavab olaraq bildirib. Qeyd edək ki, Putin məlum olayın Rusiyaya qarşı yönəldiyini iddia edir. Putinin fikrincə, məqsəd Rusiyanın Dünya çempionatına ev sahibliyi ilə bağlı FİFA-nın məlum qərarını ləğv etməkdir.
Səfirlik bildirir ki, həbs edilənlər arasında ruslar yoxdur. üstəlik FİFA-ya ünvanlanan əsas ittihamlar qurumun Şimali və Cənubi Amerikada keçirilən yarışlara görə rüşvət alması ilə bağlıdır: «Artıq FİFA-nın məmurlarından bir neçəsi təqsirini etiraf edib. Bu təhqiqatın 2018-ci ildə Dünya çempionatına ev sahibliyi edəcək Rusiyaya heç bir aidiyyəti yoxdur. ABŞ Ədliyyə Nazirliyinin bu hadisələrlə bağlı yaydığı məlumatın heç bir yerində Rusiyanın adı keçmir».
azadlıq.info