Aprelin 25-dən 27- nə kimi Bakıda BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu keçiriləcək.
Foruma təxminən 2500 iştirakçının qatılacağı gözlənilir. Onlardan bəziləri dövlət başçıları, hökumət rəsmiləri, vətəndaş cəmiyyətlərinin nümayəndələri, dini və gənc liderlər olacaq.
Forum iştirakçıları «İnklüziv cəmiyyətlərdə birgə yaşayış: çağırışlar və məqsədləri» mövzusunda fikir mübadiləsi aparacaqlar(Report).