XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

29 May 2015 - 09:43

Putin Şeyx haqda sərəncam verdi – Paşazadə təltif olundu

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Rusiya Federasıyası prezidenti Vladimir Putin tərəfindən təltif edilib.

Strateq.az “İnterfaks-Azərbaycan”a istinadla xəbər verir ki şeyxülislam “Konfessiyalararası dialoq və sosial-mədəni əlaqələrin inkişafında xidmətlərə görə” fəxri fərmanla mükafatlandırılıb.

A.Paşazadəyə fərmanı Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin təqdim edib. O, A.Paşazadənin bu işdə töhfəsinin əvəzsiz olduğunu qeyd edib.
öz növbəsində A.Paşazadə Azərbaycan və Rusiya arasında münasibətlərin uğurla inkişaf etdiyini qeyd edib. O, Rus Pravoslav Kilsəsinin ilk xarici yeparxiyasının Azərbaycanda açıldığını xatırladıb. “Bu gün ölkələrimiz arasında münasibətlər davamlı əsasda inkişaf edir. Bundan başqa, xalqlarımız arasında mənəvi əlaqələr mövcuddur”.
“Qarabağ müharibəsi illərində biz patriarx Aleksi ilə bu müharibənin dini zəminə keçməsinin qarşısını aldıq”, – deyə QMİ sədri vurğulayıb.