XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

29 May 2015 - 12:31

Rusiyanın Avropa təmsilçisindən Azərbaycan və Türkiyə ilə bağlı maraqlı açıqlama

Cijov.jpg

Rusiyanın Avropa İttifaqındakı daimi nümayəndəsi Vladimir çijov TASS agentliyinə eksklüziv müsahibəsində Brüssel-Moskva münasibətləri, Şərq Tərəfdaşlığı Proqramına üzv ölkələrin Riqa sammiti ilə bağlı məsələləri şərh edib. Rusiyalı diplomat Azərbaycan və Türkiyə ilə bağlı da maraqlı açıqlamalar verib.

Riqa sammiti və Şərq Tərəfdaşlığının perspektivindən danışan diplomat bildirib: “Brüsseldə Riqa sammiti ilə bağlı çox şərhlər səsləndi. Bu şərhlərin çoxu tənqid xarakterli idi. “Şərq tərəfdaşlığı” göz önündə üç qata bölünür. Birinci qatda – “önücllər”dir, paravozdan qabaqda gedənlər və yaxud ona çatmağa çalışanlar, ümumilikdə isə istənilən halda əvvəlcədən müəyyənləşdirilən istiqamətdə hərəkət edirlər. Bunlar üç ölkədir, Gürcüstan, Moldova, Ukrayna. Alternativ hərəkət vektoru seçən və Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələr də var. Bunlar Belarusiya və Ermənistandır. Yəqin ki, Azərbaycanı ayrıca qeyd etmək lazımdır. Görünən budur ki, ona “Şərq Tərəfdaşlığı” layihəsi o qədər də maraqlı deyil. Amma eyni zamanda Avrasiya İqtisadi İttifaqına da can atmır. Ən azı, nə qədər ki, qaz və neft var”.

V.çijov Rusiyanın “Türk axını” layihəsinin gələcəyi və Anakara ilə münasibətlərdən də söz açıb. Bildirib ki, Moskva Ankaranı etibarlı tərəfdaş hesab edir: “Bizim “Mavi axın”, “Türk axını” layihələri ilə bağlı tez-tez mənə sual verirlər ki, “Rusiya Türkiyədə Ukraynada olduğu kimi analoji problemlərlə üzləşməyəcək ki?” Bu suala mən adətən cavab veririəm ki, birincisi, Türkiyə özü ən böyük istehlakçıdır. İkincisi, Türkiyə dünyanın bu hissəsində azsaylı ölkələrdəndir ki, özü müstəqil siyasət yürüdə bilir. Bizim problemlər var, layihə reallaşdıqca, yenə ola bilər. Amma Türkiyə rəhbərliyinin bu layihələrinin həyata keçirilməsi ilə bağlı siyasi iradəsi aşkardır. Mən məsələn, təsəvvür etmirəm ki, Makedoniyda indi baş verənlər Türkiyədə təkrarlana bilər”.

Starteq.az