XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

29 May 2015 - 13:40

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu ala bilər- Açıqlama

SET.jpg

Moskvada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) bu il iyulun 9-10-da Ufada keçiriləcək sammitində yeni üzvlərin qəbulu ilə bağlı prosedurlarla əlaqədar konkret qərarların qəbuluna ümid edirlər. Xüsusən Hindistan və Pakistanın təşkilata üzvlüyü ilə bağlı qərarlar qəbul ediləcəyi gözlənilir.

Bu barədə Rusiya prezidentinin ŞƏT məsələləri üzrə xüusi nümayəndəsi Bəxtiyar Hakimov TASS agentliyinə bildirib.

“Hamı vacib qərarları gözləir, ŞƏT-in genişlənməsi başlayacaq, yoxsa yox. Amma çox böyük ehtimalla, biz Hindistan və Pakistanın üzvlüyə qəbulu ilə bağlı konkret qərarların qəbuluna nail ola biləcəyik”, – deyə diplomat bildirib.

“Biz son günlər tərəfdaşlarımızdan ümidverici siqnallar alımışıq. Amma bizim təkliflər daha genişdir. Həmçinin bu təkliflər təşkilata bu və ya digər statusda üzvlüklə bağlı 12 ölkənin ərizsəsi ilə bağlıdır. Mərhələli şəkildə hərəkət edəcəyik, genişlənmə üçün başqa imkanlar da nəzədən keçirilir. Kütləvi şəkildə müşahidəçi statusu verilməyəcək. Təşkilata qoşulmaq arzusunda olan ölkələr bu praktikada sübut etməlidirlər”, deyə diplomat əlavə edib.

Onun sözlərinə görə, namizədlər kimi Azərbaycan və Ermənistan nəzərdən keçirilir: “İran tahmhüquqlu üzv olmaq istəyir. Belarusiya müşahidəçi statusu almaq niyyətindədir, Nepaldan, Kampocadan müraciətlət var. Bu yaxınlarda isə Suriya və Misir müraciət edib”.

Şanxay Əməkdaşlıq Təşkilatı 14 İyun 2001-ci ildə yaradılıb. Təşkilat çin Xalq Respublikası, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və özbəkistanı birləşdirir.

Strateq.az