XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

12 Aprel 2016 - 17:30

“Hamı bilməlidir ki, münaqişə qısa müddətdə həll olunmalıdır…” –Azay Quliyevdən açıqlama

azay-quliyyyy-yennnn

"Bu il iyulun 1-5-də ATƏT Parlament Assamblyesının (PA) Tbilisidə keçiriləcək 25-ci illik sessiyası çərçivəsində  “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi”nə həsr olunmuş ayrıca bir tədbirin təşkili çox vacibdir.

Strateq.az xəbər verir ki, bu sözləri ATƏT PA-nın büro üzvü Azay Quliyev bildirib.

Millət vəkilinin sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə münaqişənin həlli yolları müzakirə olunmalıdır:

“Bu məsələ ATƏT PA-nın aprelin 11-də Kopenhagendə keçirilən büro iclasında müzakirə olundu. Hesab edirəm ki, ATƏT PA Minsk qrupunun həmsədrləri ilə münaqişənin həllinə dair yaxından əməkdaşlıq etməli və sülh danışıqlarının gedişatını bir növ nəzarətdə saxlamalıdır. Həmsədrləri isə mütəmadi olaraq görülən işlər, problemin həlli və bu istiqamətdə irəli sürülən  təkliflər və tərəflərin ona münasibəti haqqında ATƏT PA-ya daim məlumat verməlidir. Bu cür qarşılıqlı əməkdaşlıq və məlumat mübadiləsi məsələnin tezliklə həllinə, danışıqlarda səmimi və konstruktiv mühitin yaranmasına sanballı töhfə vermiş olar. Hamı bilməlidir ki, münaqişə qısa müddətdə həll olunmalı və işğalın nəticələri tezliklə aradan qalxmalıdır. Bu baxımdan ATƏT-in aidiyyəti institutlarının fəaliyyətinin effektiv koordinasiyasına indi əvvəlkindən daha  çox ehtiyac var. Ümid edirəm ki, Tbilisidə, yay sessiyası çərçivəsində belə bir dinləmənin keçirilməsi mümkün olacaq”.