XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

12 Aprel 2016 - 21:58

Metyu Brayza Obamanı tənqid etdi –Qarabağa görə

metyu-brayza

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza son günlərdə Vaşinqtonla Moskva arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə əməkdaşlığın olmamasına heyrət etdiyini bildirib.

Strateq.az ANS-ə istinadən xəbər verir ki, “The Washington Post”da problemə xüsusi məqalə həsr etmiş Metyu Brayza bildirib ki, Minsk qrupu çərçivəsində razılaşdırılmış səyləri birləşdirmək əvəzinə Putin təkbaşına fəaliyyət göstərir. ABŞ-ın yalnız atəşi dayandırmaq barədə bəyanatla kifayətləndiyini, amma Rusiya liderinin dəfələrlə Ermənistan və Azərbaycan liderlərinə zəng etdiyini bildirən keçmiş səfir qeyd edib: “İstənilən halda, Putin intensiv diplomatiya hesabına vəziyyəti tədqiq edir, amma Obama hadisəyə heç bir maraq göstərmir”.

Tərəflərin hərbi toqquşmada maraqlı olmadığını bildirən Metyu Brayza region sakinlərinin ABŞ-ın münaqişənin nizamlanmasında iştrakını istədiklərini bildirir. Onun fikrincə, region əhalisi münaqişənin üçüncü qüvvələr tərəfindən qızışdırılmasından qorxur: “Bir çox azərbaycanlılar və ermənilər çoxdan ehtiyat edir ki, hansısa xarici oyunçu öz xırda siyasi maraqları naminə yerli hərbi qulluqçulardan istifadə edərək münaqişənin bərpa edilməsinə nail ola bilər”. 

Metyu Brayzanın fikrincə, Obama hakimiyyətinin Dağlıq Qarabağ munaqişəsinə laqeyd yanaşması ABŞ-ın təsirini zəfilətmək istəyən Rusiyanın daha da fəallaşmasına imkan yaradır. Metyu Brayza 2006 – 2009-cu illərdə Minsk qrupunda ABŞ-ı təmsil edən həmsədr kimi fəaliyyət göstərən Vaşinqtonun münaqişənin həllinə marağı daha yüksək idi. Metyu Brayza fəaliyyəti dövründə hadisəni olduğu kimi təsvir etməkdən çəkinməyib. O, çəkinmədən həmişə Dağlıq Qarabağın və ətraf rayonların Ermənistan ordusu tərəfindən işğal edildiyini bildirirdi.

Manaqişə başalyandan isə qərb diplomatları Azərbaycan ərazilərinin erməni silahlı birləşmələri tərəfindən işğal edildiyini bildirirdilər, həmin silahlı qüvvələrin hansı dövlətə məxsusluğu barədə susurdular. Ermənistan isə həmin silahlı qüvvələrin Dağlıq Qarabağa məxsus olduğunu iddia edərək Azərbaycan ərazilərinin işğalına milli azadlıq donu geyindirməyə can atırdı. Bu yalnışlığı aradan qaldırmağa ilk cəhdi ABŞ prezidenti Corc Buş etmişdi. O, Konqressə xüsusi məktub yollayaraq erməni silahlı qüvvələrinin məhz Ermənistana məxsusluğunu ayrıca vurğulamışdı. Buş münaqişədə Azərbaycan tərəfinin haqlı mövqeyini dəstəkləyən ilk ABŞ prezidenti olmuşdu. Məsələyə diqqət yetirən Metyu Brayza Obama adiministrasiyasından da Qarabağ münaqişəsinin həllinə eyni diqqəti tələb edir. 

Xarici İşlər Nazirliyinin keçmiş işçisi, politoloq Fikrət Sadıqov ANS-ə müsahibəsində Metyu Brayzanın bu tələbinin haqlı olduğunu bildirir:

“ABŞ Azərbaycanın strateji tərəfdarıdır. ABŞ administrasiyasından aprelin əvvəlində münaqişənin gərginləşməsi ilə bağlı verələn bəyanat işğalçı Ermənistanla Azərbaycanın bərabər tutulması təəssüratı yaradır. ABŞ həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildir, amma sərt şəkildə Ermənistanın işğal etdiyi ərazilərdən çıxması tələbini qoymur. Amma eyni stiuasiyaya düşmüş Ukraynaya həm siyasi, həm də maddi dəstək göstərir”.

Əslində, ABŞ-dan həmin günlərdə verilmiş bəyanatda ziddiyyətli fikirlər səslənirdi və ermənipərəst KİV-lər məhz bəyanatın bu ziddiyyətli məqamlarından yararlanmağa çalışırdılar. Bəyanatda münaqişənin həllində Helsinki xartiyasının ərazi bütövlüyünün qorunması prinsipi ilə yanaşı xalqın öz müqəddaratını təyin etməsi prinsipi də səsləndirilmişdi ki, ermənipərəst KİV-lər bundan istifadə edərək faktı ABŞ-ın Ermənistanı dəstəkləməsi kimi qələmə vermişdilər.

Fikrət Sadıqovun fikrincə, həm bəyanat, həm də onun bu cür şərh edilməsində erməni lobbisinin rolunun olduğunu bildirir: “Biz Amerikanı da, erməni lobbisini də, elə Ermənistanı da başa saldıq ki, Azərbaycan stiuasiya ilə barışmır və öz torpaqlarını hərb yolu ilə də geri qaytarmağa qadirdir”.

Təbii ki, Azərbaycanın nümayiş etdiyi iradə gec-tez öz sözünü deyəcəu və Qarabağ torpaqları işğaldan azad ediləcək. Amma bunun üçün Azərbaycanın hərbi qüdrəti ilə yanaşı, diplomatik fəaliyyəti də öz gücünü göstərməlidir. Diplomatik korpus fəaliyyətini elə gücləndirməlidir ki, bütün arqumentlərə görə bizi dəstəkləməli olan strateci tərəfdaşlarımız erməni lobbisinin hiyləsinə uymasın.